Azərbaycan Azarkeşlərarası Futbol Turniri Açılış Mərasimi

Futbolu azarkeşsiz və tamaşaçısız təsəvvür etmək qeyri – mümkündür. Hər idman sahəsində olduğu kimi futbolda da motivasiya oyunun nəticələrinə birbaşa təsir göstərən faktorlardan biridir.

Bəli, məhz bu səbəbdən biz Bakıda “Azərbaycan Azarkeşlərarası Futbol Turniri” ni keçirməyi qərara aldıq. Bu layihə fərqli metodla komandalarımıza mənəvi cəhətdən dəstək olaraq onların psixologiyasına müsbət təsir etməyi hədəfləyir.

Belə ki, Sizi 15 avqust 2016 – cı il, saat 18:30-da AAFT-nin açılış mərasiminə dəvət edirik. Turnirin açılış günü xüsusi şou programla sizin qarşınızda olacağıq.

Əziz dostlar, “ Bir araya gəlmək başlanğıcdır” ifadəsini unutmayaq və 15 avqust tarixində bir ilkə imza ataraq Azərbaycan xalqının azarkeşlik sevgisini hər kəsə göstərək!

Biletləri Bakı Şəhəri, Nəsimi Rayonu, Nizami küç 121. Səməd Vurğun parkının yanından ala bilərsiz.

Əlaqə: 070 213 19 03

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: