Azərbaycan Çempionatı 11-ci tur

Qəbələ – Səbail 3:1

Oyuna fəal başlayan meydan sahibləri artıq 15-ci dəqiqədə hesabı açıblar. Sol cinahla irəliləyən Stiven-Monroz boş mövqedə olan komanda yoldaşı Famussa Kone’ni zərbə mövqeyinə çıxartdı. 23 yaşlı Malili futbolçu topu uzaq küncə göndərərək hesabı açıb 1:0. Görüşün 29-cu dəqiqəsində fərq iki topa çatıb. Tellur Mütəllimov’un sağ cinahdan ötürməsini Baqali Dabo başla qapıdan keçirib 2:0. 82-ci dəqiqədə Elvin Camalov’dan ötürmə alan Baqali Dabo qapıçı ilə təkbətək qalaraq hesabı 3:0 edib. Oyunun bitiminə 3 dəqiqə qalmış qapıçı Bezotosnı çıxışda səhvə yol verərək Elton Yaqublu’nun fərqlənməsinə mane ola bilmədi 3:1. Bu qələbə sayəsində əyalət təmsilçisi xallarının sayını 22-yə yüksəltmiş oldu.

Frame.az

PƏRVİN BAYRAMOV

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: