Azərbaycan Çempionatı 14-cü tur

Qarabağ – Neftçi 1:0 Kəpəz – Sumqayıt 0:3 Qəbələ – Keşlə 3:0 Səbail – Zirə 0:1 Turun açılış matçında “Qarabağ” və “Neftçi” komandaları üz-üzə gəlib. Maksim Medvedev’in 25-ci dəqiqədə vurduğu qol görüşdə yeganə olub 1:0. Bu qələbə sayəsində Ağdam təmsilçisi xallarının sayını 34-ə yüksəldib. “Sumqayıt” səfərdə “Kəpəz” üzərində 3:0 hesablı qələbə qazanıb. Bu qarşılaşmada “Sumqayıt” Futbol Klubunun Akademiyasının yetirməsi olan Səbuhi Abdullazadə əsas komandanın heyətində debüt edib. Səbuhi 15 yaş 349 günlüyündə Kəpəz’lə qarşılaşmanın 83-cü dəqiqəsində meydana daxil olub. Qəbələ – Keşlə oyununda gözlənildiyi kimi meydan sahibləri qələbə qazanıb 3:0. Səbail’in qonağı olan “Zirə” rəqibini 1:0 hesabı ilə məğlub edib. Bir oyun az keçirən “Qarabağ” 34 xalla turnir cədvəlinə başçılıq edir. 31 xalı olan “Qəbələ ikinci, 30 xal toplayan “Zirə” komandası isə üçüncüdür.

Frame.az

PƏRVİN BAYRAMOV.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: