Azərbaycan Dövlət Musiqili Teatrının aktyorları mükafata layiq görülüb

Bu yaxınlarda Zirvə Ziyalılar Təşkilatının yaranmasının 26-cı ildönümü münasibəti ilə keçirilən “Azerbaijan Best Awards” (ABA) mərasimində 2017-ci ildə yaradıcılıqfəaliyyətləri iləfərqlənən incəsənət, şou-biznesvəmüxtəlif sahələrin nümayəndələrinə mükafatlar təqdim olunmuşdur.

Qurumun mətbuat xidmətindən bildirilib ki, bu tədbirdə  Musiqili Teatrın iki aktyoru – sevimligülüş ustası, Əməkdar artist Çingiz Əhmədov “Ən yaxşı aktyor”,  gənc olmasına baxmayaraq kifayət qədər tanınan Nicat Əli”İlin ən populyar televiziya  serialı” nominasiyaları üzrə mükafatlara layiq görülüblər.

Sevimli aktyor Çingiz Əhmədov belə bir mötəbər mərasimində onun əməyinə verilən qiymətə görə layihənin rəhbərliyinədərin minnətdarlığını bildirib.

Gənc və istedadlı aktyor Əli Nicat da  sevincini gizlətməyib: “İstər teatrda, istərsə də kinoda əməyimizə verilən qiymət bizi yaradıcılığa daha da ruhlandırır. Çalışacağam ki, bundan sonra da uğurlarımız çox olsun”.

Frame.az

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: