Azərbaycan Dövlət Rəqs Ansamblının iştirakı ilə konsert proqramı keçiriləcək

Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ərəfəsində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə bir sıra mədəni proqramların hazırlanıb keçirilməsi nəzərdə tutulub. IV İslam Həmrəyliyi Oyunları günlərində Heydər Əliyev Sarayında qonaqlara və turistlərə islam mədəniyyəti və Azərbaycanın zəngin mədəniyyəti və incəsənətini əks etdirən müxtəlif tədbirlər və konsert proqramları təqdim ediləcək.

Aprel ayında Bakı Şoppinq Festivalının açılış mərasimində Azərbaycan Dövlət Rəqs Ansamblının iştirakı ilə premyerası keçirilən konsert proqramı yenidən paytaxt sakinləri və xarici qonaqlara təqdim olunacaq. Obrazlığı, rəngarəngliyi və ifaları böyük marağla qarşılanan və qonaqlar tərəfindən yüksək qiymətləndirilən Azərbaycan Dövlət Rəqs Ansamblının “Mənim Azərbaycanım” yeni konsert proqramı və “Koroğlu” bir pərdəli milli baleti mayın 20 -də Heydər Əliyev Sarayında baş tutacaq.

Konsertin bədii rəhbəri və quruluşçusu Rusiya Federasiyasının Xalq artisti Dikalu Muzakaevdir.
Saat 19:00 -da başlayacaq konsertin biletlərinin qiyməti 10-40 manat təşkil edir. Biletləri www.iticket.az saytından onlayn, şəhərin kassalarından və ASAN xidmət mərkəzlərindən əldə edə bilərsiniz.

 Əlaqə nömrələri: (012) 441-21-31, (050) 332-36-30 Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: