Azərbaycan dünya çempionatında on taekvondoçu ilə təmsil olunacaq

Azərbaycanın böyüklərdən ibarət taekvondo üzrə milli komandası dünya çempionatında iştirak etmək üçün mayın 11-də Böyük Britaniyanın Mançester şəhərinə yola düşüb.

Frame.az xəbər verir ki, millimiz mayın 15-də start götürəcək mundiala on taekvondoçu ilə qatılacaq. Komandamız dünya çempionatına hazırlıq məqsədilə təlim-məşq toplanışlarında iştirak edib.

Baş məşqçilər Reza Mehmandoust və Elnur Amanov millinin heyətində Bəhruz Quluzadə (54 kq), Qaşım Maqomedov (58 kq), Cavad Ağayev (63 kq), Məhəmməd Məmmədov (68 kq), Ayxan Tağızadə (74 kq), Milad Beigi Hərçəqani (80 kq), Ramin Əzizov (87 kq), Radik İsayev (87 kq yuxarı), qadınlardan isə Patimat Abakarova (49 kq) və Fəridə Əzizovaya (67 kq) şans veriblər.

Komandaya Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayev rəhbərlik edirlər.

Dünya çempionatına mayın 19-da yekun vurulacaq.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: