Azərbaycan Gənclər İttifaqının üzvləri xeyriyyə tədbiri keçirib

30 Dekabr Azərbaycan Gənclər İttifaqı olaraq, gənclər tərəfindən kasıb ailələrin uşaqları üçün xeyriyyə tədbiri keçirilib.

Tədbirdə Şaxta baba, qar qız və bir qrup gənclərin iştirakı ilə uşaqlarla oyunlar oynanılıb,onlar arasında bir neçə yarışlar keçirilib. Daha sonra isə Şaxta baba hədiyyəsi olaraq, uşaqlarla tort kəsilib, bütün uşaqların bayramı bir-bir təbrik olunub.

Təşkilatçı Çinarə Mikayılzadə tədbir haqqında öz fikirlərini deyib: “Bu xeyriyyə tədbirini keçirməklə məqsədimiz, kasıb ailədə böyüyən yüzlərlə uşaqlar var. Həmin uşaqlar heç bir bayram şənliklərində, tədbirlərində iştirak edə bilmirlər, hər zaman tele kanallardan izləyirlər. Azərbaycan Gənclər İttifaqının üzvü olaraq, belə bir tədbir keçirməyi planlaşdırdıq və bir qrup gənclər olaraq, hazırlıqlar görüb, tədbiri həyata keçirtdik. Bu işdə bizə dəstək olan AGİ-nin idarə heyyətinin üzvü Əziz Əzizova və bizə ailələri tapmağımız üçün kömək edən Nazlı xanıma, tədbirin keçirilməsi üçün təmənnasız ayrılan yerə görə Emin bəyə təşəkkür edirik. Çox sevindirici haldır ki, ölkəmizdə bu cür xeyriyyəçiliklə məşğul olan insanlar var. Təşkilatçı olaraq, bu mənim ilk işim idi. Bu işdə mənlə bərabər o tədbirdə əziyyəti olan, iştirak edən, uşaqlarla əylənən, AGİ-nin yeni üzvləri olan gənclərə minnətdarlığımı bildirirəm.”

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: