Azərbaycan idmançıları Ümumdünya Yay Universiadasını 8 medalla başa vurublar

Taypeydə təşkil olunan XXIX Ümumdünya Yay Universiadası başa çatıb. Yarışda 134 ölkədən 7734 atlet 21 idman növü üzrə medallar uğrunda mübarizə aparıb.

Frame.az xəbər verir ki, Azərbaycan milli komandası yekunlara əsasən 24-cü yerə çıxıb. Medalların sayına görə yarışda ən yaxşı nəticələri Yaponiya idmançıları göstəriblər. Gündoğar ölkənin təmsilçiləri 37 qızıl, 27 gümüş və 37 bürünc olmaqla, ümumilikdə 101 mükafat qazanıblar.

Koreya Respublikası idmançıları 30 qızıl, 22 gümüş və 30 bürünc medalla ikinci nəticəni göstəriblər.

İlk üçlüyü 90 medal əldə edən Taypey idmançıları tamamlayıblar.

Azərbaycan idmançıları üç qızıl, bir gümüş və dörd bürünc, ümumilikdə 8 medal qazanaraq yekun siyahıda 24-cü yerdə qərarlaşıblar.

Təmsilçilərimiz universiadada ən çox medalı taekvando yarışlarında əldə ediblər.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: