Azərbaycan İlahiyyat İnstitutunda distant təhsilə start verilib

Azərbaycan Respublikası ərazisində koronavirus (COVID-19) xəstəliyinin yayılmasının qarşısının alınması, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə tədris, təlim-tərbiyə prosesinin təxirə salındığını nəzərə alaraq, Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) distant təhsilə start verilib.

İnstitutda tələbələrin tədrisdən geri qalmaması, təhsil proqramlarının mənimsənilməsi məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tövsiyəsinə əsasən ali təhsil müəssisəsi “Microsoft Teams” platforması üzərindən dərslərə başlayıb. Müəllim və şagirdlərin evdə qalaraq həyata keçirdiyi tədris prosesi dərs cədvəlinə və sillabuslara uyğun olaraq aparılır. Proses tədrisin təşkiledildiyi bütün kursları əhatə edir.

Qeyd edək ki, Aİİ-də distant təhsilin təkmilləşdirilməsi ilə bağlı intensiv tədbirlər həyata keçirilir. Məlumdur ki, distant təhsil öyrədən və öyrənən arasında əlaqəni telekommunikasiya və kompüter şəbəkələri vasitəsilə operativ, müntəzəm dialoq, əks-əlaqə əsasında, uzaq məsafədən aparır.

Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən 20 aprel 2020-ci ilə qədər ölkə ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi dayandırılıb.

Frame.az

 

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: