FestivallarTəqdimat

Azərbaycan ilk dəfə Ansidə (Fransa) keçirilən Beynəlxalq Animasiya Filmləri Festivalında təmsil olundu

11-16 iyun tarixlərində Ansi şəhərində Beynəlxalq Animasiya Festivalıbaş tutdu. Bu animasiya dünyasının ən böyük hadisəsidir və hər il Alp dağları ilə əhatə olunmuş, Ansi gölünün sahilində yerləşən, Fransanın mənzərəli şəhərciyində keçirilir. Hər il festivala 10 000-ə yaxın animasiya kinosu mütəxəssisi və həvəskarları yığışır. Bu il Azərbaycan ilk dəfə Ansi Festivalında təmsil olundu, I Bakı Beynəlxalq Animasiya Festivalı “ANİMAFİLM”in təsisçisi və direktoru Rəşid Ağamalıyev Fransada baş verənləri belə şərh edir:

“Azərbaycanı bu cür mötəbər tədbirdə təmsil etməkdən olduqca böyük qürur duyuram. Müsabiqə proqramı ilə paralel olaraq Festivalda Marché international du film d’animation, MIFA (Beynəlxalq Animasiya Filmləri Bazarı)fəaliyyət göstərir, bu isə Avropada animasiya sahəsində ən nəhəng kommersiya layihəsidir. Biz bu bazarda Azərbaycanı, xüsusilə 19-21 oktyabr tarixlərində Bakı şəhərində keçiriləcək “ANİMAFİLM” I Bakı Beynəlxalq Animasiya Festivalı, həmçinin “Azərbaycan animasiyası” kitabı layihələrini təqdim etdik. Çoxsaylı studiya və animasiya təşkilatları bu layihələrlə maraqlandılar və biz hazırda onlarla əməkdaşlıq haqqında danışıqlar aparırıq.”

Azərbaycan MIFA-da CEE ANIMATION (Mərkəzi və Şərqi Avropa Animasiyası) təşkilatının dəstəyi ilə təmsil olundu. Xatırladaq ki, təşkilat Mərkəzi və Şərqi Avropada animasiya sənətinin inkişafını dəstəkləyir, Çexiya, Macarıstan, Bolqarıstan, Gürcüstan və s. kimi olkələri özündə birləşdirir.

“Biz medial dəstəyə görə, CEE ANIMATION-a böyük minnətdarlığımızı bildiririk. Lakin Azərbaycana, ilk növbədə, Mərkəzi və Şərqi Avropa animasiya sənayesi ilə birləşmək lazımdır. Bunun üçün dövlətimizin animasiya filmlərinin istehsalı və yayımını dəstəkləyən, Avropa Birliyinin MEDIA Creative Europe (“MEDİA, Yenilikçi Avropa”) proqramına qoşulması çox vacibdir.

Biz, 2015-ci ildə MEDIA Creative Europe-ya üzv olmuş və artıq iki ildən sonra əməkdaşlığın bəhrəsini görmüş Gürcüstanın bu sahədə təcrübəsindən yararlanmalıyıq: 2017-ci ildə Ansidə keçirilən Beynəlxalq Animasiya Filmləri Festivalında eyni vaxtda iki gürcü animasiya filminin: “Geno” və “The Pocket Man” filmlərinin ilk tamaşası olmuş, sonradan həmin filmlər digər beynəlxalq festivallarda da uğurla çıxış edərək çoxsaylı mükafatlar almışlar. Gürcüstan bu il Ansidə bir filmlə (“Balıqçı və qız”), “The Pocket Man” filminə həsr olunmuş sərgi ilə, həmçinin MIFA-da stendlə təmsil olunmuşdu. Hazırda Gürcüstan kommersiya potensialı olan ilk tammetrajlı filmin istehsalı ərəfəsindədir. Onu da bir daha vurğulamaq istərdim ki, Gürcüstanda iki beynəlxalq animasiya festivalı mövcuddur.

Təəssüf ki, Azərbaycan bu məsələdə çox geri qalıb və dövlətimizin bu problemə xüsusi diqqət yetirməsinə ehtiyac var. Bizə milli animasiyanı dəstəkləmək lazımdır, axı o balalarımızın gələcəyidir.”

ANİMA.AZ Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!