Azərbaycan-İsrail diplomatik əlaqələrinin qurulmasının 25 illiyi münasibətilə konsert olub

İyunun 7-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan və İsrail arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə konsert proqramı təşkil olunub.

Frame.az xəbər verir ki, konsertdən əvvəl çıxış edən İsrailin Azərbaycandakı səfiri Dan Stav iki ölkə arasında sürətlə inkişaf edən əməkdaşlıqdan danışıb. Ölkələrimiz arasında mədəniyyət sahəsindəki əlaqələri daha da genişləndirməyin əhəmiyyətinə toxunan səfir bu əlaqələrin gələcək inkişafı baxımından belə tədbirlərin təşkil olunmasının vacibliyini vurğulayıb.

Konserti Xalq Artisti, Dövlət mükafatı laureatı, professor Rauf Abdullayevin dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edib. Konsertdə İsrailin tanınmış pianoçusu Doren Qolanın ifasında tanınmış bəstəkarların əsərləri səsləndirilib.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: