Azərbaycan Konqreslər Bürosu ilə turizm bələdçiləri arasında əməkdaşlıq müzakirə edilib

Mayın 11-də “Pullman Hotels&Resorts” otelində Azərbaycan Konqreslər Bürosu turizm sektorunun peşəkar bələdçiləriilə ikitərəfli əməkdaşlığa həsr edilmiş görüş keçirilib.

Bir sıra iştirakçının qatıldığı tədbir zamanı Azərbaycan Konqreslər Bürosu ilə turizm bələdçiləri arasında uzunmüddətli və səmərəli əməkdaşlığın qurulması, Bakı Şopinq Festivalının keçirildiyi müddət ərzində bələdçilərin təqdim olunan festival məhsulları ilə təmin edilməsi, o cümlədən turizm sahəsində çoxsaylı tədbirlərə turistlərin marağının artırılması kimi məsələlər müzakirə edilib.

Tədbir zamanı, həmçinin bu il mayın 1-dən 31-dək təşkil edilən Bakı Şopinq Festivalı haqda geniş məlumat verildi. Bildirildi ki, turistlərin həvəsləndirilməsi üçün xüsusi olaraq may ayında Bakı istiqamətinə sərfəli səfər paketləri hazırlanıb.

Görüşün sonunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, 2013-cü ildən fəaliyyətə başlayan Azərbaycan Konqreslər Bürosunun vəzifələrindən biri Azərbaycana irimiqyaslı beynəlxalq tədbirləri cəlb etmək və ölkəmizin beynəlxalq səviyyəli tədbirlər məkanı kimi təbliğidir. Bu məqsədlə Büro dünyanın müxtəlif ölkələri ilə işləyir, hədəf bazarlarla yaxın əlaqələr qurur, bazar iştirakçılarını ölkəyə cəlb etməyə çalışır, əməkdaşlıq üçün beynəlxalq konqres və seminarlarda fəal iştirak edir.Azərbaycan Konqreslər Bürosu ölkəmizdə işgüzar turizmin, həmçinin digər iqtisadi sektorların inkişafı üçün strategiya hazırlayaraq icra edir. Qurumun başlıca məqsədi, dəyərli məlumat və dəstək xidmətlərini təmin etməklə, habelə yerli toplantı sənayesi tərəfdaşlarının maraqlarını qorumaqla, Azərbaycanın nüfuzunu dünya səviyyəli toplantı və görüş məkanı kimi möhkəmləndirməkdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixli “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamına əsasən keçirilən Festivalın təşkili Azərbaycan Konqreslər Bürosu tərəfindən həyata keçirilir.2017-ci il aprelin 10-dan mayın 10-dək Azərbaycanda ilk dəfə olaraq, Bakı Şopinq Festivalını keçirib. Bu layihəni ötən ilin payızında da (15 oktyabr-15 noyabr) uğurla təkrarlayıb. Hər iki festival şəhərimizin qonaqları, yerli alıcılar və ticarət sektorunun iştirakçıları tərəfindən çox böyük maraq və məmnuniyyətlə qarşılanıb. Üçüncü ŞopinqFestival bu ilin 1 mayından start götürüb və 31 may tarixinədək davam edəcək.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: