Azərbaycan Milli Kulinariya Assosiasiyasının komandası İstanbulda keçirilən yarışlarda iştirak edib

Bartində aşpazlıq peşə təhsili ilə bağlı dövlət proqramı həyata keçirilirdi. Tahir Əmiraslanov bu məsələ ilə bağlı tədbirdə iştirak edib.
Bartində yerləşən kulinariya peşə məktəbləri, müəllim və şagirdləri, Bartin şəhər rəhbərliyi, Milli Məclis sədri, Ticarət və Sənaye müdiri, Mədəniyyət və Turizm müdiri və digər rəsmi şəxslər, Türkiyə Kulinariya Assosiasiyasının Bartin üzrə sədri çıxış ediblər.
Həmin tədbirdə digər mütəxəssislərdən sonra Tahir Əmiraslanov çıxış edib və dərs keçib.
Bartində yerləşən peşə təhsili müəssisələrinə kitablarımız hədiyyə edilib.
Sonra ərazi üzrə qida əmtəə nişanlarının, milli qida və yeməklərin patentlərinin verilməsi, bunların turizmlə bağlı işlənməsi iqtisadiyyatda yeri və s. kimi məsələlər müzakirə edilib. Sonra nümayəndə heyəti Dünya Halal Sammit Zirvəsində iştirak edib.
Halal Sammitində Azərbaycanın adından T.Əmiraslanovun məruzəsi oldu.
Halal Sammit zamanı keçən yarışlarda 12 komanda (Azərbaycan, Türkiyə, İraq, Özbəkistan, Rusiya, Çeçenistan Respublikası, Livan, Əlcəzair, Səudiyyə Ərəbistanı, İordaniya, Çuvaş Respublikası) iştirak etdi.
Azərbaycan komandasının üzvləri fərdi yarışlarda: Naim İsgəndərov 1 qızıl (desert sinfindən), 1 gümüş (modern sinfindən), 1 bürünc (balıq sinfindən), Röyal Baxışov 1 qızıl (desert sinfindən), 1 gümüş (quzu sinfindən), 2 bürünc (modern və balıq siniflərindən) qazandılar. Komanda yarışlarında komandamız (Naim İsgəndərov, Röyal Baxışov, Nigar Meyludova) II yeri tutaraq gümüş medal qazandılar. Qeyd edək ki, Naim İsgəndərov İctimai İaşə və Xidmət üzrə Təhsil Mərkəzinin (18 saylı Peşə məktəbinin) əməkdaşı, Röyal Baxışov isə həmin mərkəzdə tələbədir.
Bu ərəfədə Azərbaycan Milli Kulinariya Mərkəzinin baş mühəndis texnoloqu Leyla Kərimli Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən keçirilmiş 2019-cu ildə sahə üzrə əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nəaliyyətlər əldə etmiş gənclər arasında “İlin Peşəkar Gənci” müsabiqəsinin qalibi seçildi.

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!