“Azərbaycan” millisi böyük hesablı qələbə qazandı

Görüşün 10-cu dəqiqəsində künc zərbəsindən ötürülən topa hamıdan tez yetişən Araz Abdullayev’in baş zərbəsi qapının üstündən keçdi.

14-cü dəqiqədə Ramil Şeydayev’in uzaq məsafədən endirdiyi zərbə müdafiəçilərdən qayıdaraq Rahid Əmirquliyev’in önünə düşdü lakin yarımmüdafiəçimizin zərbəsi qeyri-dəqiq alındı. Hücumlarının kəsərini artıran millimiz tezliklə istəyinə çatdı.

Oyunun 20-ci dəqiqəsində sol cinahla irəliləyən Araz Abdullayev qapı önünə ötürmə etdi. Topa hamıdan tez yetişən Əfran İsmayılov hesabı açdı 1:0.

Beş dəqiqə sonra fərq 2 topa çatdı. Məhəmməd Mirzəbəyov’un etdiyi ötürmədən sonra Riçard Almeyda istədiyi kimi zərbə endirə bilməsə də top Araz Abdullayev’in önünə düşdü. O isə öz növbəsində çətinlik çəkmədən topu qapıdan keçirdərək hesabı 2:0 etdi. 36-cı dəqiqədə Əfran’ın fərqlənməsinə qapıçı Simonçini mane oldu.

Hissənin sonlarına yaxın Ramil Şeydayev fərqi 3 topa çatdırmağa yaxın olsa da onun zərbəsindən sonra top qapıdan bir qədər aralı keçdi. İkinci hissəyə fəal başlayan millimiz San Marino’nun qapısından 3-cü topu keçirməyə nail oldu. Cavid Hüseynov’dan dəqiq ötürmə alan Əfran Hüseynov topu tora qovuşdurdu 3:0.

60-cı dəqiqədə sol cinahla irəliləyən Ramil Şeydayev uzaq küncü nişan alsa da zərbəsində azca dəqiqilik çatmadı. 63-cü dəqiqədə “San Marino” millisi fərqi azaltmağa yaxın oldu. Rinaldi’nin zərbəsi qapıdan azca yan keçdi. İki dəqiqə sonra görüşün fəallarından olan Ramil Şeydayev’in zərbəsi qapı dirəyinə tuş gəldi.

Oyunun 71-ci dəqiqəsində “Azərbaaycan” millisinin hücumunun qarşısını almaq istəyən San Marino’lu müdafiiəçisi Çevoli topu öz qapısına göndərdi 4:0. Bu qoldan sonra bir qədər arxayınlaşan millimiz 74-cü dəqiqədə qapısında qol gördü. Palazzi yaxın məsafədən başla topu Səlahət Ağayev’in qoruduğu qapıdan keçirdi 4:1.

Lakin buda oyunda vurulan son qol olmadı. 81-ci dəqiqədə millimizin kapitanı Rəşad Sadıqov cərimə zərbəsindən fərqlənərək hesabı 5:1 etdi.

Oyunun qalan dəqiqələrində qapılara başqa qol vurulmadı. 5:1 hesabı ilə qələbə qazanan yığmamız xallarının sayını 10-a yüksəltdi.

PƏRVİN BAYRAMOV.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: