Azərbaycan Premyer Liqası: “Neftçi” səfərdə “Qəbələ”ni böyük hesabla məğlub edib

Azərbaycan Premyer Liqasında 6-ci turun daha bir oyunu keçirilib.

Frame.az xəbər verir ki, Qəbələ şəhər stadionunda eyniadlı komanda “Neftçi” klubunu qəbul edib.

İlk yarıda hesab açılmayıb. Fasilədən sonra isə qonaqlar qolları sıralamağa başlayıblar. Matçın 60-cı dəqiqəsində Tural Axundov hesabı açıb. Görüşün 72-ci dəqiqəsində Rauf Əliyev, 89-cu dəqiqədə isə Stiven Monroz meydan sahiblərini məyus edib.

Bu qələbədən sonra xallarını 8-ə çatdıran “Neftçi” 3-cü pilləyə yüksəlib. Dörd xala malik “Qəbələ” isə 7-ci pillədə qərarlaşıb.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: