Azərbaycan Qran-Prisinin qalibi yenidən Bakıda

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) təşklatçılığı ilə Formula 1 pilotlarından biri Daniel Ricciardo Azərbaycana gələcək.

Frame.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai məlumat verib.

Onun sözlərinə görə, 29-30 Noyabr tarixlərində dünyanın ən məşhur F1 pilotlarından biri Daniel Ricciardo Bakıda olacaq. Mətbuat nümayəndələri və fanatlar üçün maraqlı proqram hazırlanır.

Məlumat üçün bildirək ki, gələn il aprelin 27-29 tarixlərində Bakıda Formula 1 Azərbaycan Qran Prisi keçiriləcək.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: