Azərbaycan Qran-Prisinin start düzülüşü müəyyənləşib

Formula 1 Azərbaycan Qran-Prisinin sıralanma turu başa çatıb. Yürüşə hər biri iki pilotdan ibarət on komanda qatılıb.

Frame.az xəbər verir ki, yürüş iştirakçıları 1 saat ərzində uzunluğu 6 kilometr olan Bakı trekində yarışıblar.

Sıralanma turunun nəticəsinə əsasən, aprelin 29-da Formula 1 Azərbaycan Qran-Prisinin start düzülüşü müəyyənləşib. Yürüşün start düzülüşü aşağıdakı kimi olacaq:

1. Sebastian Fettel, “Ferrari”;

2. Luis Hamilton, “Mercedes”;

3. Valtteri Bottas, “Mercedes”;

4. Daniel Rikkardo, “Red Bull Racing”;

5. Maks Ferstappen, “Red Bull Racing”;

6. Kimi Raykonnen, “Ferrari”;

7. Esteban Okon, “Force India”;

8. Serxio Peres, “Force India”;

9. Niko Hulkenberq, “Renault”;

10. Karlos Sainz, “Renault”;

11. Lans Stroll, “Williams”;

12. Sergey Sirotkin, “Williams”;

13. Fernando Alonso, “McLaren”;

14. Çarlz Lekler, “Sauber”;

15. Kevin Maqnussen, “Haas”;

16. Stoffel Vandurn, “McLaren”;

17. Pyer Qasli, “Toro Rosso”;

18. Markus Eriksson, “Sauber”;

19. Brendon Hartli, “Toro Rosso”;

20. Pilotlar Roman Qrojan, “Haas”.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisində “Renault” komandasının almaniyalı pilotu Niko Hulkenberq mühərrik dəyişikliyi ilə əlaqədar beş mövqe cəzalandırılıb. N.Hülkenberq üçüncü sərbəst yürüşdə pit-stop həyata keçirərkən komanda texniki qüsurlarla əlaqədar mühərriki dəyişməli olub. Formula 1 qaydalarına əsasən, bir mühərrik azı altı mərhələdə istifadə olunmalıdır. Bununla əlaqədar N.Hulkenberqə cəza verilib. Beləliklə, sıralanma turunda tutduğu yerdən asılı olmayaraq, almaniyalı pilot yarışa 5 mövqe geridən başlayacaq.

Formula 1 Azərbaycan Qran-Prisinin 51 dövrədən ibarət əsas yarışı aprelin 29-da saat 16:10-da start götürəcək.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: