Azərbaycan Respublikasında beynəlxalq və yerli arbitrajın təşviqi və ixtisaslaşmış-kommersiya məhkəmənin yaradılmasına dair seminarı

Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi” haqqında 3 aprel 2019-cu il tarixli Fərmandan irəli gələn tapşırıqların icrası ilə əlaqədar Avropa İttifaqının Ədliyyə Nazirliyi ilə birgə həyata keçirdiyi layihə çərçivəsində Bakıda 22-23 iyul tarixində iki günlük seminar keçirilmişdir.

Azərbaycanda beynəlxalq və yerli arbitrajın təşviqi və ixtisaslaşmış-kommersiya məhkəmənin yaradılmasına dair seminarı Avropa İttifaqının Müvəqqəti işlər vəkili cənab Denis Daniilidis giriş sözü ilə açmışdır.

Yerli və xarici ekspertlər ölkənin ehtiyaclarının qiymətləndirilməsinin ilkin nəticələrərini və qeyd olunan sahələrdə qabaqcıl beynəlxalq təcrübə və tövsiyələrini təqdim etdilər.

Müzakirələrdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikası Birinci Vitse-prezidentinin Katibliyi, Ədliyyə Nazirliyi,  İqtisadiyyat nazirliyi, Məhkəmə-Hüquq Şurası, Ali, Apelyasiya və ixtisaslaşmış məhkəmələrin hakimləri,  Vəkillər Kollegiyası, AmCham və Sahibkarlar Konfederasiyasının nümayəndələri iştirak etdilər.

Layihənin yekun nəticəsi olaraq Azərbaycanda yerli və beynəlxalq arbitrajın təşviqi ilə bağlı yol xəritəsinin və ixtisaslaşmış kommersiya məhkəməsinin yaradılması ilə əlaqədar tövsiyələrin hazırlanması nəzərdə tutulub.

Frame.az

 

 

 

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: