Azərbaycan və Koreya nümayəndələrinin iştirakı ilə sərgi açılacaq

Avqustu 15-də mədəniyyət və turizm nazirinin müavini, Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın üzvü Nazim Səmədov Koreya Respublikasının nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən Frame.az-a bildirilib ki, nümayəndə heyətinin tərkibinə Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransında, həmçinin Azərbaycan Respublikası və Koreya Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə təşkil olunacaq tədbirlərdə iştirak məqsədilə ölkəmizdə səfərdə olan Koreya Respublikası Milli Assambleyasının nümayəndələri Lee Ju-young, Kim Seang-tae, Kim Sung-chan, Park Kyung-mee, Milli Assambleyanın Baş direktoru Cho Yong-tak və direktoru Kim Mi-hyun, “Step” fondunun direktoru Do Young-sin və Koreya Respublikasının Azərbaycandakı səfirliyinin nümayəndələri daxil idi.

Görüşdə ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli platformalarda mədəniyyət və turizm sahələri üzrə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Görüş iştirakçıları hər iki ölkənin zəngin turizm potensialından istifadə edərək qarşılıqlı turist axınının, o cümlədən xalqlararası məlumatlılığın və anlaşmanın təşviqi məqsədilə birgə addımlar atılmasının əhəmiyyətini qeyd ediblər.

İki ölkə arasında diplomatik əlaqələrin 25 illiyi münasibətilə nazirliyin təşkilati dəstəyi ilə keçiriləcək tədbirlər, o cümlədən sentyabrın 17-də Heydər Əliyev Sarayında Azərbaycan və Koreya nümayəndələrinin iştirakı ilə təşkil olunacaq sərgi, taekvando yarışı, milli mətbəxin təqdimatı və musiqili proqram barədə məlumat verilib.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: