Azərbaycan və Portuqaliya musiqiçilərinin möhtəşəm konserti-FOTO-lar

Beynəlxalq Muğam Mərkəzində “Sound waves” etno musiqi proyekti çərçivəsində daha bir möhtəşəm konsert proqramı təşkil olundu.

Bu dəfə səhnədə Azərbaycan İtaliya asosiasiyasının, Portuqaliyanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Azərbaycan və Portuqaliya musiqiçilərinin birlikdə konserti keçirildi. Portuqaliyalı musiqiçilər Helder Koşta, Andre No və Daniyel Pereyro Krişto öz ölkəkələrində və onun hüdudlarından kənarda artıq çoxdan tanınırlar. Musiqiçilər bir sıra mötəbər turnirlərdə qrup və ya solo şəklində ifalar etmişlər. Onlar media nümayəndələrinə verdikləri müsahibələrdə burda olduqlarından və Azərbaycanlı musiqiçilərlə bir səhnədə çıxış etdiklərindən məmnun olduqlarını etiraf etdilər.

Konsert proqramını Portuqaliyanın Azərbaycandakı səfiri Mariya Joao Lopes-Kordazo öz çıxışı ilə açıb, zala toplaşan qonaqları salamladı və konsert Azərbaycanlı ifaçıların çıxışı ilə açıq elan olundu.

Gecə boyu “Cavaqansia”, “Qara gilə”, “Dağlara duman düşəndə”, “Hardasan”, “Biraco”, “Cantiga do Bomba”, Ayrılıq” kimi mahnılar və sintezlər səsləndirildi. Musiqiçilər bir-birilərini yeni tanısalar da birlikdə çox gözəl çıxış edib zala toplaşan qonaqları valeh etdilər.

Konsertin sonunda proyektin musiqili korrektorları bəstəkarlar Kəmalə Əlizadə və Stefano Muskaritolo da səhnəyə çıxıb gələn qonaqlara təşəkkür etdilər.

Bu konsert proqramı bir daha musiqinin sərhədsiz olduğunu sübut etdi. Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: