Azərbaycan Xalça Muzeyi ən yaxşı təcrübəyə layiq görüldü

Azərbaycan Xalça Muzeyi Beynəlxalq Muzeylər Şurasının (ICOM) Beynəlxalq Sənədləşmə Komitəsi (CIDOC)  tərəfindən qeyri-maddi mədəni irs məlumat bazası üzrə ən yaxşı təcrübəyə layiq görülüb. Belə ki, Azərbaycan Xalça Muzeyinin təcrübəsini Beynəlxalq Sənədləşmə Komitəsi (CIDOC) dünya muzeylərinə bir nümunə kimi təqdim edir.

Beynəlxalq Sənədləşmə Komitəsi muzeyin sənədləşmə prosesində yaxşı təcrübə və bu sahədə inkişaf barədə məsləhətlər verir. Bu Komitə 1950-ci ildə Beynəlxalq Muzeylər Şurasının (ICOM) Beynəlxalq komitələrindən biri kimi yaradılıb. Beynəlxalq Muzeylər Şurası isə YUNESKO yanında qeyri-hökumət təşkilatı statusunda yaradılan beynəlxalq qurumdur.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: