Azərbaycan Xalça Muzeyi gənclərdə xoş təəssürat oyadıb

Yeni Azərbaycan Partiyası Gənclər Birliyi və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə gerçəkləşən “Xalçaçılıq sənətini yaşat və təbliğ et” layihəsində fəal iştirak edən gənclər Azərbaycan Xalça Muzeyini ziyarət ediblər.
Tədbirdə YAP “Xalça Muzeyi” ərazi ilk partiya təşkilatının sədri, layihənin koordinatoru Fuad Rəsul, Xalça Muzeyinin elmi işçisi Təranə Məlikova və YAP Gənclər Birliyinin koordinatoru Elmar Məmmədov iştirak ediblər.
Qeyd olunub ki, Azərbaycan xalq – tətbiqi sənəti olan xalçaçılıq, xalqımızın mədəniyyət tarixində özünəməxsus yer tutub və tarixən böyük inkişaf yolu keçib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində milli xalçaçılıq sənəti 2010-cu il UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilib.

Gənclər Azərbaycan xalçası və digər dekorativ-tətbiqi sənət nümunələrinin sərgiləndiyi ekspozisiya və zərgərlik fondu ilə yaxından tanış olublar. Maddi-mədəni irsimizlə yanaşı, muzey binasının orijinal görünüşü, ekspozisiya zallarının qeyri-adi quruluşu gənclərdə xoş təəssürat yaradıb.

Tədbir çərçivəsində iştirakçı gənclərə Azərbaycan Rəssamlar İttifaqının üzvü, tanınmış xalçaçı-rəssam Taryer Bəşirov tərəfindən xalçaçılıq sənətinin yaranma tarixi, inkişaf mərhələləri və ornamentləri həmçinin xana üzərində xovlu xalçanın toxunma texnologiyası haqqında da ətraflı məlumat verilib.
Sonda layihəni uğurla başa vuran gənclərə sertifikat təqdim olunub. Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: