Azərbaycan Xalça Muzeyi ikinci dəfə “TripAdvisor”un “Mükəmməllik sertifikatı”na layiq görülüb

Azərbaycan Xalça Muzeyi dünyada ən məşhur və nüfuzlu turizm saytı olan “TripAdvisor”un “Mükəmməllik sertifikatı 2018” mükafatına layiq görülüb. Bu mükafata il ərzində “TripAdvisor”-da səyyahlar tərəfindən daha çox müsbət  rəylərə müvəffəq olmuş incəsənət və mədəniyyət ocaqları, o cümlədən turizm obyektləri layiq görülür. Mükafat saytda milyonlarla insanın müsbət rəyləri əsasında seçilmiş obyektlərə verilir və bununla da, ictimai rəyi ifadə etmiş olur.
Heç də təsadüfi deyil ki, 2010-cu ildən təsis edilən bu mükafatla məhz ən yüksək səviyyədə xidmət göstərən mədəniyyət ocaqları, həmçinin otel və restoranlar da təltif olunur.

Azərbaycan Xalça Muzeyi 2017-ci ildə də ilin ən yaxşı muzeyi kimi “TripAdvisor” saytının “Mükəmməllik serifikatı”nı alıb. Həmçinin, 2017-ci ildə Azərbaycan Xalça Muzeyini 80 min nəfərdən artıq şəxs ziyarət edib və respublikamızda muzeylər içərisində rekord göstəriciyə sahib olub. Bu ilin səkkiz ayı ərzində isə, muzeyin ziyarətçilərinin sayı 63 mini keçib.

Son iki il ərzində muzey həmçinin, bir sıra beynəlxalq mükafatlara – 2017-ci ildə Beynəlxalq Muzeylər Şurasının (ICOM) Beynəlxalq Sənədləşmə Komitəsi (CIDOC) tərəfindən “Ən yaxşı təcrübə” mükafatına və “Avropanın ən yaxşı muzeyi – 2018” müsabiqəsində “Muzey sahəsində ictimaiyyətlə işin qurulmasında innovasiyaların tətbiqinə görə” sertifikata layiq görülüb.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: