Azərbaycan Xalça Muzeyi kiçik yaşlı məktəblilər üçün qış tətili günlərində xüsusi proqram təqdim edir

Azərbaycan Xalça Muzeyi kiçik yaşlı məktəblilər üçün qış tətili günlərində xüsusi proqram təqdim edir. Muzey məktəblilərin asudə vaxtlarını maraqlı və səmərəli keçirməkləri üçün yanvarın 30 və 31-də iki günlük xüsusi proqramla onları sevindirəcək. Belə ki, “Uşaq muzeyi” şöbəsi bu günlərdə çox maraqlı proqramla uşaqların görüşünə gəlir.

Yanvarın 30-31-də təşkil olunacaq “Ailə Günü” çərçivəsində ustad dərslərində iştirakçı məktəblilərə “Aplikasiya əl işləri”, “Dekorativ bəzək əşyası”nın hazırlanması, “Hərəkət edən şəkillər”in çəkilməsi, “Gülməli papaqlar”ın hazırlanması, “Nöqtələrlə qar dənəciklərinin işlənməsi”, “İslimi, haçalı islimi və buta ornamentlərinin boşqab üzərində çəkilməsi” öyrədiləcək. Bundan başqa, “Öz zövqünlə bəzə”mək, xovsuz xalça növü “Şəddənin toxuma texnologiyası”nın öyrədilməsi ziyarətçilər üçün öyrədici və maraqlı olacaq.

Xatırladaq ki, Azərbaycan Xalça Muzeyi ictimaiyyət üçün açıq olan bir məkandır. Burada hər zaman həm böyüklər, həm də uşaqlar üçün çoxsaylı maraqlı təlimlər, kurslar, ustad dərsləri təşkil olunur. Bununla yanaşı, muzeydə hər ayın son şənbə günü “Ailə günü” təşkil olunur ki, bu da həm muzeyin qonaq ziyarətçiləri, həm də ölkə ictimaiyyəti tərəfindən maraqla qarşılanır. “Ailə Günü” çərçivəsində keçirilən tədbirlərdə uşaqlar üçün xüsusi proqramlar təqdim olunur.

Frame.az

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: