Azərbaycan Xalça Muzeyi Sizi mühazirələrə dəvət edir

Əziz dostlar,
Azərbaycan Xalça Muzeyi Sizi Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, keçəçi rəssam Rauf Əbdülhüseyn oğlunun “Keçə sənətinin tarixi” mühazirəsinə dəvət edir!
Təqdim edilən mühazirədə keçə sənətinin yaranma tarixi, inkişaf mərhələləri, hazırlanma texnologiyası və keçələrin məişətindəki əhəmiyyətindən bəhs ediləcək.
Mühazirə azərbaycan dilində aparılacaq.
Azərbaycan Xalça Muzeyi
7 yanvar 2017-cı il, saat 17:00 

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti Məmmədhüseyn Hüseynovun “Azərbaycan xalçaçılığında bədii təfəkkür və inanc yaddaşının varis elementləri” mühazirəsi.

Təqdim edilən mühazirədə naxışların məna və təzahür formalarının unudulmuş və inanc yaddaşının kodlaşmış qatlarında qalmış, lakin varis hesab edilən sadə naxışlardan bəhs ediləcək.
Mühazirə azərbaycan dilində aparılacaq.
Azərbaycan Xalça Muzeyi
14 yanvar 2017-cı il, saat 17:00  

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: