Azərbaycan Xalça Muzeyində 18 Oktyabr – Dövlət Müstəqilliyi Günü qeyd olundu

Oktyabrın 18-də YAP Səbail Rayon təşkilatı və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə 18 Oktyabr – Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası gününə həsr olunmuş tədbir keçirilib.
Rayon ictimaiyyəti nümayəndələri və partiya təəssübkeşlərinin iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş video çarx nümayiş olunub.
Həmçinin tədbirdə Azərbaycan Xalça Muzeyinin “Uşaq muzeyi” şöbəsinin dərnək üzvlərinin əl işlərindən ibarət sərgi də təqdim olunub.
Tədbirdə YAP Səbail rayon təşkilatı sədrinin 1-ci müavini Muxtar Nağıyev, sədr müavini Əhliman Qarayev, Tarix üzrə fəlsəfə doktoru Sahibə Budaqova və YAP Xalça Muzeyinin sədri Fuad Rəsul 18 Oktyabr – Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası günü ilə əlaqədar cıxış ediblər.
Sonda sentyabrın 26-da keçirilmiş Referendumda xüsusi fəallıq nümayiş etdirən “YAP Xalça Muzeyi” -nin üzvlərinə “Fəxri Fərman”- lar təqdim olundu.

14716335_1472019189480901_3711264694620864516_n 14720610_1472025586146928_6748134986666035482_n 14721716_1472026142813539_5441210700864490934_n 14731244_1472024419480378_8426315738468934134_n 14570498_1472025702813583_3056579131061716037_nFrame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: