Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş konfrans və sərgi keçiriləcəkdir

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında 24 may tarixində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş konfrans və ADRA-nın tələbələrinin yaradıcılıq işlərindən ibarət sərgi keçiriləcəkdir. Konfrans-sərginin proqramına daxildir: elmi konfrans (24 may saat 11:00 ADRA-nın Akt zalı) və sərginin açılışı ( 24 may 12:30 ADRA Muzey-Sərgi Kompleksi).

Nümayiş olunan əsərlər müxtəlif texnika və üslubları əhatə edir. ADRA-nın tələbələrinin yaradıcılıq işlərindən ibarət əsərlər rəngkarlıq, qrafika və digər üslublarda nümayiş olunur. Sərgidə Azərbaycanın görkəmli şəxsiyyətlərinin portretləri, zəngin təbiəti, tarixi abidələri, dünəni və bugününü tərənnüm edən sənət nümunələri nümayiş olunacaqdır.

24 may saat 11:00-da baş tutacaq konfrans-sərgidə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov, Nuranə Səlimli “Azərbaycan Xalq Cümhuriyyətinin mədəniyyət siyasəti”; sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Rima Qafarzadə “Xalq Cümhuriyyətinin demokratik ənənələri”; tarix üzrə fəlsəfə doktoru Sevinc Vahabova “Hürriyətimizin inciləri”; sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Samir Sadıqov “Təsviri sənətdə Cümhuriyyət” adlı mövzularda  çıxış edəcəklər.

Ümumilikdə, sərgidə 100-dən artıq əsər nümayiş olunur.

Konfrans-sərgi 24 may 2018-ci il saat 11:00  tarixində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Akt zalında (H. Əliyev pros. 26)  keçirilir. Sərgi 1 iyuna qədər  davam edəcəkdir.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: