Azərbaycanda Amerika Ticarət Palatasınının nizamnaməsinə dəyişikliklər edilib

Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”)növbəti ənənəvi aylıq işgüzar naharı baş tutub. Nahar ABŞ-ın Azərbaycandakı səfiri RobertSekutanın (Robert Cekuta) təqdimatı və Azərbaycanda “AmCham”ınnizamnaməsinə Palatanın Direktorlar Şurası tərəfindən təklif olunmuş dəyişikliklərin qəbulu üçün səsvermə ilə yadda qalıb. Tədbirə “AmCham”a üzv şirkətlərdən 140-dan çox nümayəndə qatılıb. Bundan başqa, tədbir iştirakçıları ABŞ şirkətlərindən ibarət olan ticarət missiyasının nümayəndələri ilə işgüzar əlaqələri qurmaq imkanıqazanıblar.

Tədbirdə çıxış edən Azərbaycanda “AmCham”ın icraçı direktoru Natəvan Məmmədova iclasınmoderatoru olaraq ABŞ-ın Azərbaycandakı səfirliyinin iqtisadiyyat şöbəsinin rəhbəri Karter Vilburu (Carter Wilbur) təqdim edib. O, iştirakçıları ABŞ-ın Azərbaycandakı iqtisadi və kommersiya palatalarının fəaliyyəti barədə məlumatlandırıb və çıxış üçün sözü ABŞ kommersiya xidmətinin Türkiyədəki məsləhətçisi VilyamÇaykovskiyəverib. O isə, öz növbəsində,Ankaradakı Kommersiya Xidmətinin Azərbaycan şirkətlərinə köməyi barədə təqdimatla çıxış edib. Bundan başqa, Xarici Özəl İnvestisiyalar Korporasiyasının icraçı direktoru Kennet Encel (Kenneth Angell)rəhbərlik etdiyi təşkilat tərəfindən maliyyələşmənin Azərbaycanda layihələrə necə dəstək ola biləcəyi haqqında məlumat verib.

Öz növbəsində tədbirdə çıxış edən səfir Robert Sekuta ABŞ və Azərbaycan arasında ikitərəfli münasibətlərindinamikası və inkişaf perspektivləriməsələlərinətoxunub və qarşılıqlı iqtisadi tərəfdaşlığın sadəcə enerji sahəsində deyil, eyni zamanda, qeyri-neft sektorunda da persperktivlərindən və Azərbaycan iqtisadiyyatının diversifikasıyası üçün ABŞ yatırımlarınınrolundan danışıb. Bununla yanaşı, o,Azərbaycanda “AmCham”ın iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsinəvə ölkədə biznes mühitinin yaxşılaşdırılmasına verdiyi töhfənin əhəmiyyətindən bəhs edib.

Son olaraq Azərbaycanda “AmCham”ın prezidenti Nuran Kərimov iştirakçılara Palatanın nizamnaməsinindəyişdirilməsinə dair təkliflər barədə məlumat verib. Ciddi prosedur qaydalarına əsasən keçirilən səsvermədə Palataya daimi üzv şirkətlərin nümayəndələri iştirak edib və təklif olunan dəyişikliklər əksəriyyət tərəfindən qəbul olunaraq səs çoxluğu ilə təsdiq olunub.

Frame.az

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: