Azərbaycanda bir ilk-avtoqatarda sərgi keçirildi

Noyabrın 24-də Tofiq Bəhrəmov adına Respublika stadionunun önündə çox maraqlı və fərqli sərgi keçirildi. Sərgi Almaniyanın məşhur ticarət markası olan GROHE- yə həsr olunmuşdu.

Frame.az və DREAM Club olaraq bu dəfə üzvlərimiz fashion dizayner, Confidence MMC-nin təsisçisi Nərminə Zeynalzadə və memar Aydan Zeynalzadə ilə bu sərgiyə yollandıq.

Qeyd edək ki, Alman ticarət markası “GROHE” keyfiyyətli santexnika və santexnika aksessuarlarının istehsalı ilə məşğuldur. Şirkər 1936-cı ildə yaradılmışdır. Öz fəaliyyəti dövrü ərzində ictimaiyyət tərəfindən məhsulunun keyfiyyəti və təkrar olunmaz dizaynına görə qiymətləndirilib. Bu təkrar olunmaz dizayn sərginin keçirildiyi məkanda da özünü büruzə verdi.

Nərminə və Aydan xanımla sərgidə nümayiş olunan avadanlıqlarla yaxından tanış olduq. Bu işdə bizə şirkətin nümayəndəsi İrina xanım bələdçilik etdi.

Nərminə xanım sərgi haqqında təəsüratlarını bizimlə belə bölüşdü.

“1936-cı ildə Fridrix Qroye Grohe şirkətini təsis edib, Azərbaycan daxili olaraq şirkətin 15 ölkədə nümayəndəsi var.

Bu sərginin formatı möhtəşəm idi. Sərgi avtoqatardadır və orada Grohe şirkətinin santexnika məhsulları təqdim olunur. Azərbaycanda bu avtoqatarda Grohe şirkətinin sərgisi ilk dəfə keçirilmiştir. Avtoqatar Almaniyadan gəlib. Grohe şirkətinin İrina adlı əməkdaşı bizə bir çox məhsulları göstərərək çox xoş abu-hava yaratdı.

Təqdim olunan santexnika arasında sensor kranlar var idi, suyu mineral eden kranlar, massaj edən duşlar, işıqlandırma ilə olan duşlar və s. Bir çox kranların və duşların üstünlüyü o idi ki, suyu bağlananda dərhal dayanır və su duşdan damcılanmır.

Həmçinin termostat ilə də olan santexnika var idi, termostat suyun dərəcəsi dəyişilməməsi üçün imkan yaradır, suyun dərəcəsini stabil saxlayır. Bizə Grohe şirkəti tərəfindən hədiyyələr və sertifikat da verildi. Beləcə bu şirkətin sərgisini rəsmi olaraq ziyarət etmiş olduq.

Belə tədbirlərin iştirakçısı olmaq çox xoşdur. Yeni adamlarla tanış olursan, yeni məhsullar haqqında məlumatlar alırsan.”

Biz də öz növbəmizdə dəvət üçün sərginin əsas rəsmi təşkilatçısı və tərəfdaşı “Дом и Интерьер” jurnalına öz təşəkkürümüzü bildiririk.

Frame.az DREAM Club

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: