Azərbaycanda ilk dəfə beynəlxalq sənədli film festivalı keçiriləcək

Bakının mərkəzi son illərdə bir çox müstəqil mədəniyyət portallarının açılmasına şahidlik edib. DokuBaku da öz növbəsində bu yeni yaranmış mədəni sferanın bir məhsulu olub, onun daha da canlanmasında iştirak etmək niyyətindədir. Azərbaycanda ilk dəfə keçiriləcək beynəlxalq sənədli film festivalı – DokuBaku 12-20 oktyabr tarixlərində Bakı şəhərində baş tutacaq.

Festivalın ideyası rejissor İmam Həsənov və prodüser Veronika Yanatkovaya məxsusdur. Müxtəlif kinofestivallara səfərləri zamanı İmam HəsənovBakıda keçirilən  festivallar barədə suallar ilə qarşılaşırdı. O,  Azərbaycanda beynəxalq filmlərin iştirak edə biləcəyi heç bir festivalın gerçəkləşdirilmədiyini təəssüf hissi ilə söyləyəndə, belə bir sual  eşidirdi:  “Bəs nə üçün siz özünüz bu tərz festival təşkil etməyəsiniz ?”. DokuBaku festivalının ideyası məhz belə yarandı və nəhayət, bu il o reallaşdırılacaq.

DokuBakunun bu ilki mövzusu “Reallığı sınayaraq” devizində əksini tapıb.  Festivalın proqramı  iki  hissədən  – əsas və müsabiqə proqramlarından ibarətdir. Əsas proqram çərçivəsində tamaşaçılara 17 sənədli film təqdim ediləcək, rejissor və prodüserlərlə ustad dərslər, musiqi performansları təşkil olunacaq. Festivalın proqramı  tam şəkildə sentyabrda açıqlanacaq.Hannes Lang, Erik GandiniAmmar Aziz kimi tanınmış sənədli film rejissorları DokuBaku festivalının qonaqları olacaq. Festival günlərində dörd günlük “My street films”  ustad dərsi keçiriləcək və həmin dərslərin yekunu olaraq dərs iştirakçıları tərəfindən iki film çəkiləcək. Bu və digər ustad dərsləri haqqında ətraflı məlumat  facebook səhifəmizdə və  dokubaku.org saytında yerləşdiriləcək.

DokuBaku həmçinin yerli rejissorlar üçün də müsabiqə proqramı tərtib edib. Bu proqramda 2015-2017-ci illərdə yaradılmış qısametrajlı sənədli filmlər iştirak edə bilər.  Beləliklə, festival azərbaycanlı rejissorları sənədli filmlər yaratmağa və festivallarda iştirak etməyə sövq edir. Münsiflər heyətində tanınmış yerli və xarici kino mütəxəssisləri təmsil olunacaq.

Daha ətraflı məlumatları aşağıdakı linklərə daxil olaraq əldə edə biləcəksiniz.

www.dokubaku.org

https: //www.facebook.com/dokubaku.idff/

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: