Azərbaycanda ilk dəfə olaraq Rusiya istehsalı olan helikopterlərin əsaslı təmiri həyata keçirilmişdir

“Silk Way Helicopter Services” şirkəti yanında Helikopterlərin Əsaslı Təmiri üzrə Servis Mərkəzi ilk dəfə olaraq Mi-8AMT/MTV tipli vertolyotların əsaslı təmirini həyata keçirmişdir.

Azərbaycanda belə mərkəzin yaradılması haqqında qərar 2016-cı ildə Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi (“Azerbaijan International Defence Exhibition” – ADEX) zamanı verilmişdir.

Mərkəzin fəaliyyətinin birinci mərhələsi olaraq 6 noyabr 2017-ci  il tarixindən etibarən “SWHS” aviaşirkətinin baza aeroportu olan Zabrat Hava Limanında Rusiya istesalı olan Mi-8AMT/MTV vertolyotlarının əsaslı təmirinə başlanılmışdır. Təmir işləri Rusiyanın “356” saylı aviatəmir zavodunun (Engels şəhəri) mütəxəssisləri ilə birgə, habelə nəzarəti altında aparılmışdır.

Mi-8AMT/MTV vertolyotların təmiri “Silk Way Helicopter Services” MMC-nin mütəxəssisləri ilə birgə yüksək peşəkarlıqla həyata keçirilmişdir.

Avia təmir zavodunun təmir təlimatına əsasən sökülmüş və əsas aqreqatlar təmir olunması üçün 356- saylı zavoda göndərilmişdir. (Gələcəkdə bu avadanlıqların təmir edilməsi vertolyotların əsaslı təmirinin tərkib hissəsi kimi Bakı şəhərində nəzərdə tutulub). Həmçinin vertolyotun füzelyajıvəelekto juqutlar defektasiya edildikdən sonra təmir edilmişdir.

Hava gəmisinin təmiri zamanı istifadə olunan alətlər, xüsusi aqreqatlar ,YSM və s. kimi məsrəf materiallar tam şəkildə “Silk Way Helicopter Services” tərəfindən təchiz edilmişdir.

Belə bir mərkəzin yaradılması Azərbaycanın aviasiya sahəsinin yeni inkişaf mərhələsidir. Bu təkcə yerli məqsədlə deyil, eyni zamanda aviasiya bazarının xarici iştirakçılarınıcəlb etmək üçünaviasiya texnikası təmirinin sonrakı mənimsəniməsinə təkan verir.

Frame.az

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: