Azərbaycanda ilk dəfə olaraq”Most Fasionable Tour” layihəsinə start verildi!

Yay sezonunun açılışı ilə əlaqədar olaraq ilk dəfə  29 aprel 2017-ci il tarixində Qubada yerləşən “RIXOS” otelinə 1 günlük “Most Fashionable Tour” təşkil olunacaqdır.

Tur “Aki Travel Agency”-nin təşkilatçılığı və World Beauty Congress-in prezidenti Zamir Huseynov, direktor Agil Memiyev və əsas produser Parviz Azimzadə nin dəstəyi ilə həyata keçiriləcəkdir.

Bu turda aparıcı Mc Arif və dj Chingiz Mustafayev olacaq. Bununla yanaşı bir çox sənət adamları, modellər və şou-biznes nümayəndələrinin iştirakı da nəzərdə tutulmuşdur.

Tura qatılmaq və iştirak etmək istəyənlər sosial şəbəkələr olan facebook ve instagramda “Most Fashionable Tours” səhifesini izləməklə məlumat əldə edə bilərlər.

Bu layihə “Aki Travel Agency”-nin Marketinq meneceri Nizam Əliyev – in rəhbərliyi əsasında təşkil olunacaqdır. Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: