Azərbaycanda ilk dəfə “Qlobal Müdafiə Texnologiyaları Hakatonu” keçiriləcək

4-6 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi” və “NewSpace” şirkətinin təşkilatçılığı ilə “Qlobal Müdafiə Texnologiyaları Hakatonu” beynəlxalq tədbiri keçiriləcək.

Tədbir  “İDRAK Texnoloji Transfer” MMC-nin və “Paşa Bank”ın  sponsorluğu ilə reallaşdırılacaq.

Ölkəmizdə ilk dəfə və onlayn formada keçiriləcək tədbirdə mülki şəxslərin müdafiəsi, informasiya təhlükəsizliyi, rəqəmsal təbliğat mövzuları müzakirə olunacaq. Həmçinin müdafiə texnologiyaları ilə bağlı innovativ arxitektura və proqramların tətbiqi, bu istiqamətdə əməkdaşlıqların artırılması məsələlərinə toxunulacaq.

Tədbirin əsas məqsədləri sırasında Qarabağ həqiqətlərini dünyaya çatdırmaq xüsusi yer tutur.

Hakatonda iştirak etmək istəyən şəxslər 30 noyabr tarixinədək qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat üçün link: globaldeftech.com

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!