Azərbaycanda ilk dəfə “Wedding Fashion” keçiriləcək

Hər kəsə məlumdur ki, Azərbaycanda keçirilən gözəllik yarışmalarının sayı gün-bəgün artmaqdadır.  Azərbaycanda idman sahəsinə maraq artdığı kimi, moda və modellik sahəsinə də böyük maraq yaranmaqdadır. Bunun nəticəsini demək olarki hər ay keçirilən moda müsabiqələrində görmək mümkündür.

Bütün bunları nəzərə alaraq, özünün fərqli sosial aksiyyaları ilə fərqlənən “Tiara” gəlinlik salonu bu müsabiqələrə də fərqlilik qata bildi. Beləki, Azərbaycanda ilk dəfə “Wedding Fashion” keçirməyi qarşısına məqsəd qoyan “Tiara” gəlinlik salonu müsabiqəni milli konseptdə keçirməyi qərara aldı. Uğurla davam edən layihə ictimaiəyyət tərəfindən rəğbətlə qarşılanaraq böyük marağa səbəb olmuşdur.

Müsabiqənin fotosessiyaları digər müsabiqələrdən fərqli olaraq milli libaslarda keçirilir. Bu işdə “Tiara”-ya “Mədəniyyətlərin təbliği və xalq yaradıcılığna dəstək” ictimai birliyi böyük dəstək olmaqdadır.  Müsabiqə ərəfəsində tarix boyu günümüzə gəlib çatan xına mərasimi də canlandırılmaqdadır. Hər fotosessiya zamanı model xanımların əllərinə xına da çəkilir.

Müsabiqə 20 xanım arasında keçirilir. Hal-hazırda seçim turu bitmişdir. 20 xanımdan  instaqram səhifəsində  səsvermə nəticəsində yalnız 13 xanım seçilərək finala vəsiqə qazana bildilər. Final gecəsi 10 dekabr “Pullman” otelində keçiriləcəkdir. Bu gecədə xanm modellər podiumda adi ziyafət ve idman libaslarında deyil, gəlinlik libaslarında cıxış edəcəklər.

PODİUM

Gecədə daha mir maraqlı məqam da ondan ibarətdir ki, “MeMarelli” moda evinin ziyafət libasları da tamami ilə başqa model xanımlar tərəfindən podiumda numayiş olunacaqdır. “MeMarelli”  “Wedding Fashion Tiara” müsabiqəsinin fotosessiyalarında istifadə olunan milli libasların yaradıcısıdır. Bir çox moda müsabiqələrinin, TV aparıcılarının, müğənnilərin müraciət etdiyi bu moda evinin ekskluziv, təkrarolunmaz geyimləri 10 dekabr final gecəsində “Pullman” otelində nümayiş olunacaqdır.

MUSİQİLİ QONAQLAR

Final gecəsində  maraqlı və ədalətli yarışma ilə birgə yerli müğənnilərin iştirakı ilə  şou-proqramda olacaq. Gənc və istedadlı xanim, Bariton səsə malik və Azərbaycanı Italiyanın məhşur “San Remo” festifalında layiqincə təmsil edən Nofəl Aslanov, Sərhəd Qoşunları Orkestrinin solisti , Səs Azərbaycan layihəsinin ən parlaq iştirakçısı Nərmin Kərimbəyova, Əməkdar Artist Səlim Abbasov, Gənc Müğənnilər Cəmil Dadaşov və Talo (Taleh Qəhrəmanov) Son zamanlar musiqiləri ilə toyların bəzəyinə çevrilmiş “ Yallı” qrupu və s. musiqili qonaqlar tədbirə rəng qatacaqdır.

Tədbirin informasiya tərəfdaşlarından biri də Frame.az informasiya portalıdır.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: