Azərbaycanda ilk dəfə yaradılan Prodüser Mərkəzinin qalibləri bəlli olub

Heydər Əliyev Sarayının nəzdində fəaliyyət göstərən Prodüser Mərkəzinin qalibləri müəyyənləşib.

Sarayın mətbuat katibi Aytac Bağırlı bildirib ki, Mədinə Ağayeva, Emin Məmmədov, Əntiqə Yusifova, Rəşad Ağayev və Kənan Məmmədzadə minlərlə istedadlı gəncin arasından seçilərək Prodüser Mərkəzinin qalibi olublar.

Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaradılan Prodüser Mərkəzinin əsas məqsədi istedadlı gənclərin üzə çıxarılması, müasir yanaşma tərzi ilə onların ictimaiyyətə təqdim olunmasıdır. Qalib olmuş gənclərin yeni mövsümdən mədəniyyətimizin yeni simaları kimi ölkəmizdə və xaricdə təbliğ olunması nəzərdə tutulur.

Qeyd edək ki, qalib gənclərin müəyyən repertuarlarının hazırlanmasını, səs yazılışları, vokal dərsləri, səhnə hərəkətləri, fitnes xidməti, imic və stilistikasının formalaşması, klip çəkilişləri, yerli və beynəlxalq tədbirlərdə, festivallarda və səs yarışlarında iştirakı Prodüser Mərkəzi tərəfindən təmin olunacaq.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: