Azərbaycanda koronavirus infeksiyasına 879 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 334 nəfər müalicə olunaraq sağalıb, 879 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 244 min 303 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 232 min 228 nəfər müalicə olunaraq sağalıb, 3325 nəfər vəfat edib. Aktiv xəstə sayı 8750 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 756 min 457 test aparılıb. Bugünkü test sayı isə 9776-dır.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: