Sağlamlıq

Azərbaycanda koronavirus infeksiyasına daha 1364 yoluxma faktı qeydə alınıb, 1015 nəfər sağalıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 1364 yoluxma faktı qeydə alınıb, 1015 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 22 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 71 min 580 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 53 min 1 nəfər müalicə olunaraq sağalıb, 927 nəfər vəfat edib. Aktiv xəstə sayı 17652 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 489 min 382 test aparılıb. Bugünkü test sayı isə 9744-dür.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!