Azərbaycanda koronavirus infeksiyasına daha 4323 yoluxma faktı qeydə alınıb, 2180 nəfər sağalıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 4323 yoluxma faktı qeydə alınıb, 2180 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Frame.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 42 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 142 min 323 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 85 min 980 nəfər müalicə olunaraq sağalıb, 1593 nəfər vəfat edib. Aktiv xəstə sayı 54750 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 817 min 804 test aparılıb. Bugünkü test sayı isə 20778-dir.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: