Azərbaycanda koronavirus infeksiyasından 2383 nəfər sağalıb, 799 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 2383 nəfər müalicə olunaraq sağalıb, 799 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 26 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 222 min 200 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 201 min 596 nəfər müalicə olunaraq sağalıb, 2818 nəfər vəfat edib. Aktiv xəstə sayı 17786 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 231 min 993 test aparılıb. Bugünkü test sayı isə 9364-dür.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: