Azərbaycanda koronavirus infeksiyasından daha 70 nəfər sağalıb, 38 yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 70 nəfər sağalıb, 38 yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 40 min 61 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 37 min 725 nəfər müalicə olunaraq sağalıb, 588 nəfər vəfat edib. Aktiv xəstə sayı 1748 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 104 min 783 test aparılıb. Bugünkü test sayı isə 2382-dir.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: