Covid-19SağlamlıqTəqdimat

Azərbaycanda koronavirusa 2047 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 2610 nəfər müalicə olunaraq sağalıb, 2047 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 39 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 307 min 980 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 272 min 575 nəfər müalicə olunaraq sağalıb, 4274 nəfər vəfat edib. Aktiv xəstə sayı 31131 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 153 min 877 test aparılıb. Bugünkü test sayı isə 12542-dir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!