Covid-19SağlamlıqTəqdimat

Azərbaycanda koronavirusa 2206 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 1578 nəfər müalicə olunaraq sağalıb, 2206 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 35 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 281 min 387 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 247 min 459 nəfər müalicə olunaraq sağalıb, 3846 nəfər vəfat edib. Aktiv xəstə sayı 30082 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 990 min 285 test aparılıb. Bugünkü test sayı isə 12692-dir.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!