Azərbaycanda koronavirusa qarşı ikinci mərhələ üzrə peyvənd olunanların sayı 800 minə yaxınlaşıb

Mayın 17-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 3 min 694 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 1223, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 2471 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 798 min 743-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 32 min 54, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 766 min 689 nəfərdir.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: