Azərbaycanda yeni teatr yaradıldı

esateatrshekilAzərbaycanda əlilliyi olan aktyorlardan ibarət müstəqil ƏSA Teatrı yaranıb.

Frame.az-ın məlumatına görə,  teatrın təsisçisi və bədii rəhbəri Nihad Qulamzadə bildirib ki, hazırda teatrın heyyəti 12 nəfərdən ibarətdir:

“Əsas heyyəti əlilliyi olan aktyorlar təşkil edir. Lakin əlilliyi olmayan aktyorlar da bu teatrda fəaliyyət göstərə biləcək. Dünyada əlilliyi olan və ya daun sindiromlu aktyorlar ibarət teatr olsa da sayları çox azdır. ƏSA Teatrı Azərbaycanda bir ilkə imza atır və gələcəkdə gördüyü işlərlə incəsənətin sərhəd, əngəl tanımadığını təsdiq edəcək. Hazırki dövrdə bu teatr Azərbaycan teatrının sözün əsl mənasında əsası olacaq.”

Teatrın bədii rəhbəri oktyabr ayının başlanğıcında ilk tamaşalarının premyerasının olacağınını bildirib.

Qeyd edək ki, teatrın direktor vəzifəsini gənc təlimçi, motivator, “Uğurun Xəritəsi” kitabının müəllifi Murad Məmmədov daşıyacaq.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: