Azərbaycan Avropa Hemofiliya Konsorsiumunun beynəlxalq konfransında təmsil olunub-fotolar

29 iyun-2 iyul 2017 tarixdə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının İcraçı direktoru, Pasient Təşkilatlar İttifaqının sədri Ayaz Hüseynov özündə 44 ölkəni birləşdirən Avropa Hemofiliya Konsorsiumu Belçika, Brüssel şəhərində keçirilən Liderlər konfransında iştirak etmişdir.

Konfransda əsasən tibbin son nəaliyyətləri müzakirə olunmuşdur. Problemlər və problemlərin həlli yolları barədə təcrübə mübadiləsi aparılmışdır. Aşığıda göstərilən mövzular daha çox diqqətdə olmuşdur: – Gen terapiyası – Qadınlar və qızlarda koaqulopatiyalar (qanda laxtalanma pozuntuları) – Hemofiliya diaqnozu olan insanlarda qocalıq ağırlaşmaları. – Müasir dərmanların təsiri altında qanın laxtalanma vaxtının uzadılma nailiyyətləri və sair.

Qeyd elilən mövzular ətrafında Azərbaycanda hemofiliyalılara və onların ailə üzvlərinə seminarların keçirilməsi planlaşdırılır. 

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: