“Azərbaycanı kəşf et” adlı sərgi açılacaq

Oktyabrın 12-də “Art Tover” qalereyasında bir neçə fotoqrafın əsərlərindən ibarət sərgi açılacaq.

“Azərbaycanı kəşf et” adlı sərgi Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Arts Council” qeyri-hökumət təşkilatının təşkilatçılığı ilə gerçəkləşəcək.

Bu barədə “Arts Council” qeyri-hökumət təşkilatının rəhbəri Dadaş Məmmədov məlumat verib.

“Sərgidə 20-dək fotoqrafın 25-dək əsəri yer alacaq. Məqsəd bu istiqamətdə gənc fotoqrafların rolunu artırmaq, onların bu işin təbliğatçısı qismində çıxış etmələrinə dəstək olmaqdır”,- deyə D.Məmmədov bildirib.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: