Azərbaycanın ən böyük moda məktəbi öz kolleksiyalarını nümayiş etdirəcək

Azərbaycanın ilk online moda jurnalı olan Modamaniyanın nəzdində fəaliyyət göstərən M. Fashion school tələbələrinin əl işlərinin nümyaşini keçirəcəkdir.

Belə ki, 1 il ərzində yerli  peşəkarlar tərəfindən təhsil almış tələbələr öz əl işlərini canlı formada kolleksiyalarını təqdim edəcəklər. Məzun günü tədbiri həmçinin modelyerlərin dəb nümayişi ilə davam edəcəkdir.

Tədbirin keçirilməsində əsas məqsəd 30 məzunun həmin gün öz kolleksiyasını ictimaiyyətə təqdim etməsidir.

Tədbirdə işitrakçılar və qonaqlar dəb nümayişinin şahidi olacaq, yerli brendlərin pop-up storedən alış-veriş edə, yeni dizaynerləri kəşf edəcək və həmçinin hədiyyələr qazanacaqlar. Sözü gedən dəb nümayişi 23 Aprel 2017-ci il tarixində Holiday İnn Hotelində keçiriləcəkdir.
Məzun günü ildə 2 dəfə olmaqla keçirlərək və məzunları ictimaiyyətə tanıtmaq məqsədilə təşkil olunur.
M.Fashion School dizayner olmaq, moda ilə maraqlanan insanların eskiz, ülgü çıxarma və tikiş, stilistika dərsləri aldığı məkandır.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: