Azərbaycanın ilk və ən böyük analar birliyi MOMs Azerbaijan-ın “Bu dünyanı nağıl bilək” adlı 3-cü konfransı

Azərbaycanın ilk və ən böyük hamiləlik və ana bloggeri Aytac Qənbərova öz instagram blogunun 3 yaşında, bloqu yaratmaq məqsədindən, qət etdiyi yoldan, iki uşaqlı ana və böyük sosial işlər görən bir qadın kimi işlərini necə çatdırdığından, ailədə iki uşaq arasında olan münasibətlərdən danışdı və uşaqlar üçün nağıl kitabının tanıtımını etdi
Xaricdə yaşayan ilk Azərbaycanlı ana-bala YouTube Kanalı və İnstagram blogunun yaradıcısı Fidan Ələkbərli uşaqların dil inkişafı haqqında beynəlxalq kurslarda öyrəndiklərindən söz açdı, öz uşağını xarici 3 dilli mühitdə necə böyütdüyünü və məhz Azərbaycan dilinin qorunub saxlanılması yollarını paylaşdı.

Qafqazın ilk Uşaq Yuxu Konsultasiya mərkəzi Laylay Baby Sleep Solutions Center yaradıcısı Aysel Hüseynova işləyən ana kimi, həm sosial fəaliyyətini, həm daimi işini, həm də şəxsi biznesini necə idarə etməsindən danışdı, işləyən anaların uşaqlarla münasibətini təhlil etdi, bu barədə beynəlxalq təcrübəni, qərb mütəxəssislərinin fikirlərini bölüşdü.
Bakalavr təhsilini Türkiyənin Hacettepe Universitetində, Magistr təhsilini Böyük Britaniyanın Chester Universitetində alan ailə və uşaq psixoloqu Leyla Şamilova valideyn tiplərindən, uşaqların davranışlarından, 0-6 yaş uşaqlarda ən çox rastlanan psixoloji problemlərdən danışdı.

Uğurla bitən tədbirin ardından birliyin həm-təsisçisi Aytac Qənbərova bildirdi ki, MOMs Azerbaijan yarandığı gündən birbaşa təxminən 1000 dən artıq ailənin maariflənməsiylə nəticələnən bu tədbirləri daha çox auditoriyaya çatdırmaq üçün regionlarda da layihələri davam etdirməyi planlayır. Hal – hazırda birlik həm də beynəlxalq layihələr üzərində çalışır.

MOMs Azerbaijan 6 aydır fəaliyyət göstərir. 3 həmtəsisçi Azərbaycanın ilk və ən böyük hamiləlik və ana bloggeri Aytac Qənbərova,Qafqazın ilk Uşaq Yuxu Konsultasiya mərkəzi Laylay Baby Sleep Solutions Center yaradıcısı Aysel Hüseynova, və Xaricdə yaşayan ilk Azərbaycanlı ana-bala YouTube Kanalı və İnstagram blogunun yaradıcısı Fidan Ələkbərli tərəfindən Azərbaycanda valideynlərin maarifləndirilməsi, pozitiv valideyn-övlad münasibətlərinin qurulması, erkən uşaq inkişafıyla bağlı beynəlxalq təcrübəni Azərbaycana gətirmək məqsədiylə yaradılıb.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: