Azərbaycanın rayonlarında qeyri-sabit hava şəraiti mayın 3-ü gündüzədək davam edəcək

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, Bakıda mayın 1-i gündüz, Abşeron yarımadasında isə mayın 2-də arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensivləşəcəyi gözlənilir. Xidmətdən Frame.az-a bildirilib ki, Azərbaycanın rayonlarında qeyri-sabit hava şəraitinin mayın 3-ü gündüzədək davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, şimal və qərb rayonlarında dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 15-20 metr/saniyəyədək güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: