Azərbaycanın voleybolçu qadınlardan ibarət komandaları növbəti oyunlarını keçiriblər

Azərbaycanın voleybolçu qadınlardan ibarət “Telekom” və “Azərreyl” komandaları Çempionlar Liqasında növbəti oyunlarını keçiriblər. Hər iki komandamız oyunlarını səfərdə keçirib.

A qrupunda mübarizə aparan “Telekom” 3-cü tur qarşılaşmasında İtaliyada “Modena” komandasına qonaq olub. Ev sahibi “Modena” bu görüşdə 3:0 hesabı ilə qələbə qazanıb. Üç turdan sonra A qrupunda “Modena” 8 xalla birinci, “İmoko” 6 xalla ikinci, “Ximik” 4 xalla üçüncü, aktivində xalı olmayan “Telekom” qrup sonuncusudur.

C qrupunda mübarizə aparan “Azərreyl” 4-cü tur çərçivəsində Fransada “Sent-Rafael” komandası ilə üz-üzə gəlib. Gözlənildiyi kimi görüşün favoriti hesab olunan “Azerreyl” qələbə qazanıb 3:1.

C qrupunda “Fənərbağça” 9 xalla qrup lideridir. 6 xal toplayan “Azerreyl” ikinci, “Dombrova Qurniça” 3 xalla üçüncü, aktivində xalı olmayan Sent-Rafael komandası isə sonuncu yerdədir.

PƏRVİN BAYRAMOV.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: